Russian to Azerbaijani: Бромгексин General field: Medical Detailed field: Medical: Pharmaceuticals | |
Source text - Russian Описание
Таблетки, покрытые оболочкой, слегка выпуклые с обеих сторон, от желтого до зеленовато-желтого цвета, с ядром почти белого цвета.
Фармакодинамика
Бромгексин является синтетическим производным действующего вещества растительного происхождения – вазицина. Он обладает секретолитическим и секретомоторным действием, реализующимся на уровне бронхиального тракта. В экспериментах на животных показано, что данный препарат повышает долю серозного компонента в бронхиальном секрете. Считается, что уменьшение вязкости и усиление работы ресничного эпителия способствуют облегчению транспорта слизи. | Translation - Azerbaijani Təsviri
Hər iki tərəfi bir qədər qabarıq, sarı rəngdən yaşılımtıl-sarı rəngədək, demək olar ki, ağ rəngli özəyə malik olan örtüklü tabletlərdir.
Farmakodinamikası
Bromheksin bitki mənşəli təsiredici maddə olan vazisinin sintetik törəməsidir. Bromheksin bronxial trakt səviyyəsində həyata keçirilən sekretolitik və sekretomotor təsirlərə malikdir. Heyvanlar üzərində aparılmış təcrübələrdə göstərilmişdir ki, bu preparat bronxial ifrazatda seroz komponentin payını artırır. Hesab edilir ki, özlülüyün azalması və kirpikli epitelin fəaliyyətinin güclənməsi seliyin nəql edilməsinin asanlaşmasına kömək edir.
|
English to Azerbaijani: Gastroparesis General field: Medical Detailed field: Medical: Pharmaceuticals | |
Source text - English Gastroparesis
Gastroparesis is a known chronic complication of diabetes and generally occurs in those with long-standing type
1 diabetes with other associated complications, such as peripheral neuropathy, nephropathy, and retinopathy. 10
Delayed gastric emptying is present in approximately 25-55% of type 1 diabetes patients based on longitudinal
studies, whereas gastroparesis occurs in approximately 30% of patients with type 2 diabetes. 10 However, the
development of gastroparesis in patients with type 1 or type 2 diabetes is not universal or inevitable. 10
Guidelines for Management of Gastroparesis
The American College of Gastroenterology (ACG) clinical guidelines for management of gastroparesis state
the following as a conditional recommendation with a low level of evidence 11 :
Pramlintide and GLP-1 analogs may delay gastric emptying in diabetics. Cessation of
these treatments and use of alternative approaches should be considered before
initiation of therapy for gastroparesis. | Translation - Azerbaijani Qastroparez
Qastroparez − şəkərli diabetin məlum xroniki fəsadlarından biridir və adətən, uzun müddət tip 1 şəkərli
diabetdən əziyyət çəkən və yanaşı fəsadları, məsələn, periferik neyropatiyası, nefropatiyası və retinopatiyası
olan pasiyentlərdə yaranır. 10 Uzunmüddətli (longitudinal) tədqiqatlar əsasında məlum olmuşdur ki, mədə
boşalmasının ləngiməsi tip 1 şəkərli diabeti olan pasiyentlərin təxminən 25-55%-də, qastroparez isə tip 2 şəkərli
diabeti olan pasiyentlərin təxminən 30%-də müşahidə olunur. 10 Lakin tip 1 və tip 2 şəkərli diabeti olan
pasiyentlərdə qastroparezin inkişafı pasiyentlərin hamısına şamil edilmir və ya qaçılmaz deyildir. 10
Qastroparezin müalicəsi üzrə tövsiyələr
Amerika Qastroenterologiya Kollecinin (ACG) qastroparezin müalicəsi üzrə tövsiyələrində aşağı sübutluluq
dərəcəsinə malik olan şərti tövsiyə qismində aşağıdakılar göstərilmişdir 11 :
Pramlintid və QBP-1 analoqları şəkərli diabeti olan pasiyentlərdə mədənin boşalmasını
ləngidə bilərlər. Qastroparezin müalicəsinə başlamazdan əvvəl bu preparatların
qəbulunun dayandırılması və alternativ yanaşmaların istifadəsi nəzərdən keçirilməlidir. |